DİN: Yol ayrıcından dönən sürücü piyadalara, velosipedçilərə yol verməlidir - VİDEO

DİN: Yol ayrıcından dönən sürücü piyadalara, velosipedçilərə yol verməlidir - VİDEO

Piyadaya yol verməyən sürücü saxlanılıb.
Bu barədə Aktual.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən yol ayrıcında sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.
Tədbir zamanı yol ayrıcında bu tələbi pozaraq piyadaya yol verməyən sürücü saxlanılıb, onunla profilaktik söhbət aparılaraq qanunvericiliyin tələbi izah olunub.
"Yollarda təhlükəsiz hərəkət hər birimizin fərdi məsuliyyətidir", DİN-dən bildirilib.

Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR