Daxili İşlər Nazirliyi Yevlaxda 6 nəfərin ölümünə səbəb olan yol qəzası haqqında məlumat yayıb.
"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, mayın 12-də saat 20 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində Salahlı kənd sakini Ziyad Cəfərovun idarə etdiyi "VAZ-2107" və Tərtər rayon sakini Zülqədər Zülqədərlinin idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və Z.Zülqədərlinin sərnişinləri – Mingəçevir şəhər sakinləri Pərviz Zeynalov və Zahir Allahverdiyev, habelə Z.Cəfərovun sərnişinlərindən – həmkəndlisi İlya Həşimov hadisə yerinsə ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Yevlax rayon Polis Şöşəsində tərəfindən araşdırma aparılır.
Aktual.az
Xəbər 457 dəfə oxunub.