DİN: Vətəndaşlara belə köməklik göstərilir - Video

DİN: Vətəndaşlara belə köməklik göstərilir - Video

Ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar.
Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, şəhər və rayonlarda, eləcə də avtomobil yollarında əsas məqsəd vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək, onların mənzil başına rahat və təhlükəsiz şəkildə çatmasına kömək göstərməkdir:
"Yağışın yaratdığı hallarla bağlı daxil olan bütün müraciətlərə operativ reaksiya verilir, ehtiyacı olan vətəndaşlara yerində köməklik göstərilir. Sürücülərdən və piyadalardan xahiş olunur ki, mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi əməl etsinlər".


Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR