Daxili İşlər Nazirliyi oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfərin (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərlənməsi ilə bağlı məsələyə münasibət bildirib.
Aktual.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, zəhərlənən insanlar 5 saylı Yoluxucu xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı araşdırmalar aparılır.