Aktual.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, şəhərin T.Ələkbərov küçəsində yerləşən kafedə naməlum şəxs tapançadan açdığı atəşlə şəhər sakinləri Elvin Nəciyevə və Zaur Sarıbalayevə xəsarət yetirib hadisə yerini tərk edib. Z.Sarıbalayev hadisə yerində, xəstəxanaya yerləşdirilən E.Nəciyev isə orada ölüblər.
Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapançaya aid 1 ədəd patron və 3 ədəd giliz aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Aktual.az