Faktla əlaqədar cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyi (DİN) Samuxda baş vermiş cinayət hadisəsi barədə məlumat yayıb.
Aktual.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 18-də saat 18 radələrində Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan Lütfiyyə İsmayılovanın evində yanğın baş verib.
Yanğın söndürüldükdən sonra L.İsmayılovanın əlləri bağlı və boğaz nahiyəsində kəsilmiş xəsarəti olan yanmış meyiti tapılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Samux rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.