Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Aktual.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, yanvarın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki "Qağayı" düşərgəsindəki qazanxananın tüstü borusu orada işləyən Bakı şəhər sakini Səfəralı Səfərovun üstünə düşüb və o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.