DİN Lerikdəki qar uçqunu ilə bağlı məlumat yaydı

DİN Lerikdəki qar uçqunu ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Lerikdə baş verən qar uçqunu ilə bağlı məlumat yayıb

Aktual.az xəbər verir ki, məlumatda deyilir:

"Fevralın 23-də saat 12 radələrində Lənkəran rayonunun Orand kəndində yaşayan Əhliman Mustafayevin 3 otaqlı evi hündürlüyü 7 metr olan qar uçqununun altında qalıb və nəticədə evin 1 otağı dağılıb. Həmin otaqdan Ə.Mustafayevin arvadı Şövkətin, gəlini İlahənin, körpə nəvələri Zəhranın və Uğurun meyitləri çıxarılıb.

Araşdırma aparılır”.
 
Aktual.az
Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR