Daxili İşlər Nazirliyi küləkli havada binanın damından yıxılaraq ölən fəhlə barədə məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, aprelin 25-də Nəsimi rayonu Zorge küçəsindəki 5 mərtəbəli binada aparılan təmir işləri zamanı orada fəhlə işləyən Cəbrayıl rayon sakini Emil Həziyev ehtiyatsızlıqdan binanın damından yıxılaraq ölüb.
Araşdırma aparılır.
Aktual.az
Xəbər 239 dəfə oxunub.