DİN-in yüksək rütbəli məmurunun oğlunun toyuna görə 9 nəfər həbs edildi - VİDEO

DİN-in yüksək rütbəli məmurunun oğlunun toyuna görə 9 nəfər həbs edildi  - VİDEO

Qazaxıstanın Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurunun oğlunun toyu zaman çəkilən görüntülər geniş rezonans doğurub.

İnternetdə yayılan görüntülər toy karvanının yol hərəkət qaydalarını kobud şəkildə pozduğunu, nömrəsiz maşınların paytaxt Astana küçələri ilə arxa-arxaya hərəkətini və yolun qarşı tərəfinə çıxdığını əks etdirir.

Məlumata görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurunun oğlunun toyundan çəkilən görüntülər Astananın mərkəzi Kunayev küçəsi ilə Turan prospekti arasındakı kəsişmədə çəkilib.

Qazaxıstanın siyasi rəhbərliyi də fakta sərt reaksiya verib. Toy karvanındakı 9 nəfər saxlanılıb və onlar inzibati məsuliyyətə cəlb olunmaqla yanaşı, sürücülük hüququndan məhrum ediliblər.

// Aktual.az

Xəbər 2472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR