Daxili İşlər Nazirliyi (DİN) deputat Fəzail Ağamalının köməkçisinin öldüyü yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.
Aktual.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 11-də saat 11 radələrində Salyan rayonunun Xıdırlı kəndində Neftçala rayon sakinləri Əli Rəsulovun idarə etdiyi “QAZ-3302” (yük) və Ulduz Sadıqovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə U.Sadıqovun sərnişinlərindən Həsənbala Həsənov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən Həsənbala Həsənov deputat Fəzail Ağamalının köməkçisi olub.