Daxili İşlər Nazirliyi dünən Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza ilə bağlı məlumat verib.
Aktual.az-ın verdiyi xəbərə görə, sentyabrın 17-də saat 09 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurub.
Nəticədə onun sərnişinlərindən - Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölüb, 9 sərnişin isə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.