Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Azərbaycan dilinin orfoqrafiya luğətində yer almış yazılışı səhv, dilimizə daxil edilən, lakin işlənməyən əcnəbi sözlərin siyahısını müəyyənləşdirilib.
Aktual.az Trend-ə istinadən bildirir ki, Təcrümə Mərkəzindən verilən məlumata görə, artıq neçə aydan bəridir ki, hazırda istifadə edilən "Orfoqrafiya lüğəti" üzərində iş aparılır. Məqsəd hazırda istifadədə olan "Azərbaycan dilinin orfoqrafiya luğəti"ndə yer almış yüzlərlə yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin, müxtəlif şəkilçilər və hallandırmalarla artırılmış, bəzən iki-üç şəkildə verilmiş ifadələrin, eləcə də sahə lüğətlərinə aid terminlərin, dərman, kimyəvi element adlarının təmizlənməsi, əvəzində milli ədəbi nümunələrdən tapılmış sözlər daxil edilməklə işlək, aydın dil vəsaitini ərsəyə gətirilməsidir.
Tərcümə mərkəzi bu istiqamətdə işlərinin davam etdirildiyini açıqlayıb.
Trend Tərcümə Mərkəzinin müəyyənləşdirdiyi həmin siyahını təqdim edir: