Dilənçinin bank hesabındakı məbləğ hamını şoka saldı

Dilənçinin bank hesabındakı məbləğ hamını şoka saldı

Küveyt polisi tərəfindən həbs olunan dilənçinin bank hesabında 500 min Küveyt dinarı (təxminən 160 min dollar) aşkarlanıb.

Aktual.az xəbər verir ki, ərazidə patrul keşiyi çəkən polislər məscidin yanında dilənən, möminləri evsiz-eşiksiz, imkansız olduğuna inandırmağa çalışan adam görüblər. Yalançı “dilənçi” dərhal həbs olunub. Küveyt qanunvericiliyinə görə, ölkədə dilənçilik qadağandır. Bu ölkədə dilənçilik ənənələrə və mədəniyyətə zidd hal kimi qəbul edilir.

Təhqiqat zamanı “dilənçinin” bank hesabı aşkar edilib. Onun işini Küveytin Maliyyə Cinayətləri Departamenti araşdıracaq.

 
Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR