Tanınmış aktrisa Dilarə Əliyeva bir zamanlar həmkarları olan Tünzalə Əliyeva (Toppuş) və Ülviyyə Əliyeva (Keyxanım) ilə aralarını vurmaq istəyən insanlardan danışıb. O bu haqda milli.az-a deyib:
"Mən bu tip qalmaqalları normal qəbul edirəm. Bəzən saytlarda küsülü olduğumuz kimi yalan informasiyalar yayılır. Təbii ki, yazıda intriqa və qalmaqal nə qədər çox olarsa, o, bir o qədər də çox oxunar. Bütün bunlar gəldi-gedər söhbətlərdir. Ülviyyə və Tünzalə ilə münasibətim hər zaman yaxşı olub. İndi birlikdə çalışmasaq da, əvvəlki münasibətləri qoruyub saxlamışıq".
Aktual.az