Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması ölkəmizin əhəmiyyətli diplomatik uğurlarındandır.
Aktual.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, digər 4 anklavın - Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması daim diqqət mərkəzindədir.
"Bu məsələ delimitasiya komissiyaları çərçivəsində öz həllini tapmalıdır”, - Ayxan Hacızadə qeyd edib.
Xəbər 40 dəfə oxunub.