Diaspor rəhbərləri sosial media savaşında daha peşəkar olmalıdırlar - ASGA sədri

Diaspor rəhbərləri sosial media savaşında daha peşəkar olmalıdırlar   - ASGA sədri

Bakıda mühüm qərarların qəbulu gözlənilir

Dünya Azərbaycanlıları yenidən Bakıya toplanır. Məqsəd aydındır. Dünya Azərbaycanlılarının IV Qurultayında bir araya gəlmək. Xəbərlərdən də aydın olduğu kimi iyun ayının ilk günlərində Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək. Dünya Azərbaycanlılarının Ali Toplantısının həssa bir dönəmə təsadüf etməsi isə qurultayın əhəmiyyətini daha da artırır. Bəs görəsən Dünya Azərbaycanlılarının IV Qurultayından gözləntilər nədir? Diaspor təşkilatlarının rəhbərləri qurultayın nəticələrindən nə gözləyirlər?

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Dünya Azərbaycanlılarının IV Qurultayından böyük gözləntilərinin olduğunu deyib: “Azərbaycan 25 illik müstəqillik dövründə diaspor sahəsində sistemli siyasət aparır. Müstəıqillik illərinə qədər əsas axsadığımız sahələrdən biri də diaspor fəaliyyəti idi. Azərbaycanlılar dünyanın bir çox ölkələrində sistemsiz şəkildə fəaliyyət göstərirdilər. Məhz bu səbəbdən Ulu Öndər Heydər Əliyev bu sahəni xüsusi nəzarətə götürdü və müvafiq tapşırıqlarını verdi. Məhz onun təşəbbüsü ilə diaspor fəaliyyəti məşğul olan xüsusi bir komitə yaradıldı və müvafiq fəaliyyət planı qəbul edildi”. ASGA rəhbəri bildirib ki, bu gün Cənab Prezidentin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: “Diasporla İş üzrə Dövlət Komitəsinin mütəmadi olaraq keçirdiyi Qurultay da məhz bu məqsədə xidmət edir. Təbii ki, ilk Qurultaydan bu günə qədər diaspor sahəsində ciddi irəliləyişlər olub. Artıq dünyanın əsas güc ölkələrində güclü Azərbaycan diasporu var. Bununla yanaşı müəyyən problemlər var ki, bunlar da məhz Qurultayda səsləndiriləcək”. Səbuhi Abbasov hesab edir ki, belə həssas dönəmdə qurultayın keçirilməsi də mühüm əhəmiyyət kəsb edir: “Ölkəmizin 20 faiz torpaqları işğal altındadır. Ermənilərlə mübarizə bir neçə cəbhədə gedir. Bu cəbhələrdən biri diaspor istiqamətidir. Ermənilərin etiraf etmək lazımdır ki, uzunmüddətli lobbiçilik fəaliyyəti var. Biz də isə bu istiqamətdə müəyyən problem var və qalmaqdadır. Hesab edirəm son iki ayda cəbhə xəttində baş verən proseslər və bunun dünya gündəmində real əksi bilavasitə diaspor təşkilatlarının aktivliyindən asılıdır. Hesab edirəm bu Qurultayın əsas müzakirə mövzularından biri ölkə reallıqlarını diaspor təşkilatları vasitəsi ilə təmsil etdikləri ölkədə yaymaqdan ibarətdir. Bu olduqca strateji bir məqamdır”. Səbuhi Abbasovun sözlərinə görə, ötən qurultaydan sonra görülən işləri də qaneedici saymaq olar: “Ümumiyyətlə son iki ildə ölkəmiz bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Belə bir məqamda erməni lobbiçiləri hərəkətə keçərək ölkəmizə qarşı irimiqyaslı informasiya savaşı açdılar. Belə bir dönəmdə bizim diaspir təşkilatları yüksək əzm nümayiş etdirərək bu savaşda fəal şəkildə iştirak etdilər. Lakin bu proseslər həm də zəif nöqtələrimizi göstərdi. Hesab edirəm ki, diaspor rəhbərləri sosial media savaşında daha peşəkar olmalıdırlar. Xüsusən də twitterdə fəal şəkildə düşmənə peşəkar cavab verməlidirlər”.

Süleyman İsmayılbəyli

Avrasiya.net

Xəbər 555 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR