Diana Hacıyevanın müsabiqədə çıxış növbəsi məlum olub.
Publika.az xəbər verir ki, ikinci yarımfinal başa çatdıqdan sonra püşkatma mərasimi ilə finalın sıra nömrələri müəyyənləşib. "Eurovison 2017” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsil edən Diana Hacıyeva (Dihaj səhnə təxəllüsüdür) finalda birinci hissədə, 12 nömrə altında çıxış edəcək.
Finala keçən ölkələrin nümayəndələri müsabiqədə aşağıdakı qaydada çıxış edəcək: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Niderland, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan, Fransa.
Diana Hacıyeva müsabiqədə "Skeletons” mahnısı ilə çıxış edəcək. Mahnının müəllifləri - bəstəkar və prodüser İsa Məlikov və Sandra Byurmandır. Müəllif səhnə şousunu Azərbaycanın tanınmış xoreoqrafı və quruluşçu rejissoru Nailə Məmmədzadə hazırlayıb.
"Eurovison 2017” beynəlxalq mahnı müsabiqəsinin finalı mayın 13-də keçiriləcək.