Diabet nədir?

Diabet nədir?

Məlumdur ki, şəkərli diabet öz ağırlaşmaları ilə qorxuludur və diabetoloqların uğurlarına baxmayaraq, tək təbabət diabetə qalib gələ bilmir. Bunun üçün xəstələrin özlərinin və ailə üzvlərinin aktiv iştirakı lazımdır. Təcrübə göstərir ki, həkimlərin və onlarin pasientlerinin birgə iştirakı diabetin müalicəsinin effektivliyini artırır və ağırlaşmalarının qarşısını alır. Diabet xəstəliyinin idarə olunmasında xəstələrin diabet xəstəliyinin mahiyyəti, istifadə olunan dərman preparatlarının təsiri, dieta haqqında əhəmiyyətli biliklərinin olmasının çox böyük rolu vardır. Həmçinin fiziki hərəkətlərin xəstəliyə müsbət təsirinin olması haqqında biliklərin olması əhəmiyyətlidir. Onlar özlərini müxtəlif situasiyalarda aparmaq qaydasını, həkimə nə vaxt dərhal müraciət etmək lazım olduğunu və müalicədə hansı müstəqil düzəlişlər etməyi bilməlidirlər.

Aktual.az xezerxeber.com-a istinadən bildirir ki, diabet hələ Qədim Misirdə məlum idi. Lakin onun yaranma səbəbləri XIX əsrin sonunda, alimlərin itlərin üzərində aparılan eksperimentləri ilə aşkarlandı. İtin mədəaltı vəzini çıxardıqdan sonra, onda şəkərli diabet inkişaf etməyə başlayır. Xəstəliyin səbəbi aydın oldu. 1921-ci ildə isə Toronto şəhərində gənc həkim Bantinq və tələbə Best, itin mədəaltı vəzindən qanda şəkərin miqdarını azaldan maddəni aşkar etdilər. Və onlar bu maddəni insulin adlandırdılar. 1922-ci ilin yanvar ayında şəkərli diabetli birinci pasient insulin inyeksiyalarını qəbul etməyə başlayır və bu da onun həyatını xilas edir.
2 ildən sonra isə Portuqaliyada gənc həkim başa düşür ki, şəkərli diabet nəinki xəstəlikdir, həm də xüsusi həyat tərzidir. Beləliklə, dünyada birinci şəkərli diabetli pasientlər üçün məktəb yaranır.
Diabet - şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur.

Diabetin tipləri:

1-ci tip - orqanizmdə insulin hasilinin tam olmaması və ya həddindən aşağı olması nəticəsində yaranır. O ən çox uşaqlarda, yeniyetmələrdə, gənc insanlarda əmələ gəlir ki, belə xəstələr də daim insulin inyeksiyası etməlidirlər.
2-ci tip diabet - insulin hasilinin nisbətən aşaği olması və ya toxumaların insulinə rezistentliyi nəticəsində yaranır. Beləki, insulinə rezistentlik qanda insulinin norma və ya normadan artiq olmasına baxmayaraq, toxumalara təsirininin pozulmasına deyilir. Bu tip diabet yetkin yaşlı insanlarda, ən çox çəkisi normadan artıq olanlarda və 40 yaşından sonra yaranır. 2-ci tip diabetdə dieta saxlamaqla, arıqlamaqla və fiziki işin intensivliyini çoxaltmaqla çox böyük nailiyyətlər əldə etmək olar.
Karbohidratlı qida maddələri mədəyə daxil olur, bağırsaqlarda qlükozaya çevrilərək qana sovrulur. Qlükoza (və ya şəkər) insanın orqanizmində əsas enerji mənbələrindən biridir. Bu enerji insan orqanizminin bütün funksiyaları üçün vacibdir . Misal üçün, nəfəs alma, qidanın həzmi , hərəkəti üçün və s.
Qanda şəkərin artması nəticəsində mədəaltı vəzin β- hüceyrələri qana insulin ifraz etməyə başlayır. Açar rolunu oynayan insulin, hüceyrələri "açır" və qlükoza hüceyrələrə daxil olur, bununla qanda şəkərin miqdarı azalır. Diabetlə xəstə olmayan insanlarda qlükozanın qanda miqdarı ciddi müəyyən həddə olur və acqarına 3,3-5,5 mmol/l, yeməkdən 2 saat sonra isə 7,8 mmol/l təşkil edir.
1-ci tip diabetdə mədəaltı vəz insulini kifayət qədər və ya heç hasil etmir. Qlükoza huceyrələrə daxil ola bilmir, və onun qanda miqdari çoxalır. Hüceyrələr isə "aclıq çəkirlər", onlar enerjini hasil edə bilmirlər. Insan yüksək susuzluq hiss edir, sidik ifrazi çoxalır, çəki azalır. Bu simptomlardan azad olmaq üçün və qanda şəkərin miqdarını azaltmaq üçün orqanizmə insulin lazımdır.

Insulin - zülal hormonudur, və onu yalnız inyeksiya ilə bədənə daxil etmək olar. Yalnız gündəlik və müntəzəm olaraq qanda qlükozanın miqdarının monitorinqinin köməyi ilə insulinin dozasını düzgün tə'yin etmək olar.

Diabetin yaranmasının əsas səbəbləri
1-ci tip diabet gənc yaşlı insanlarda inkişaf edir. Onun əsas səbəbi virus infeksiyasıdır. Virus orqanizmə daxil olarkən, orqanizmin immun sistemi yad materiali təyin edir və virusu məhv edən antitellər ifraz etməyə başlayır. Lakin viruslar məhv olandan sonra, immunitetin bəzi xüsusiyyətləri nəticəsində orqanizmin müdafiyə qabiliyyəti "sönmür", yeni antitellər ifraz olunmaqda davam edir və orqanizmin öz huceyrələrinə hücüm başlanır.
1-ci tip diabetdə bu hüceyrələr mədəalti vəzin β-hüceyrələri olur. Onlar məhv olur və hasil olunan insulinin miqdarı azalır. Bu hüceyrələrdən lap az qalanda şəkərli diabetin simptomları üzə çıxır. Qeyd etmək lazımdır ki, xəstəlik başlayan zaman orqanizmdə bu hüceyrələr hələ mövcud olur, lakin onların sayı o qədər az olur ki, onlar orqanizmin ehtiyaclarını təmin edə bilmirlər. Insulin xaricdən daxil olarkən bu huceyrələrdən artıq iş götürülür və onlar bir müddət sonra bu hormondan çox hasil etməyə başlayırlar. Və bu zaman daxil olan insulinin dozasını azaltmaq olar. Bu müntəzəm proses xəstəliyin birinci ilində əmələ gəlir və onu "bal ayı" adlandırırlar. Təəsuf ki, bu "bal ayı" çox sürmür. Tez və ya gec vurulan insulinin dozasını çoxaltmaq lazım gəlir.
O ki qaldı "Alternativ" müalicə üsullarına, bu isə çox vaxt ziyanlı olur.
Nə hipnoz seansları, nə otlar insulini əvəz edə bilməz.

Xəbər 816 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR