"Əli Kərimli indi də cangüdəni ilə bağlı uydurduğu nağıllarla gündəmdədir. Adam səs-küy qaldırıb ki, guya Niyaməddin adlı həmin cangüdəni qisas zəminində saxlayıblar, həbs ediblər və cəzalandırıblar. Hərgah, hamı bilir ki, bu belə deyil. Ola da bilməz. Niyə? Çünki adı keçən qaraguruh ünsürlər heç bir zaman kimsənin maraq dairəsində olmayıb. Çünki Azərbaycanda kimsə siyasi fəaliyyətinə və ya siyasi baxışına görə təqib olunmur. Çünki bu ölkədə kimsəni cinayət törətmədiyi halda həbsə atmırlar, məsuliyyətə cəlb etmirlər.” –
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Hələ söhbətə bir baxın: "İctimai əsaslarla çalışan mühafizəçim..” Yox bir, ictimai əsasla xaş bişirənim, kolbasa doğrayanım, tum çırtlayanım...
Kimi dolamısan sən? Nə ictimai əsas? Hamı bilir ki, həmin cangüdənlərə ayda ən az 2 min manat maaş verirsən. Hamı bilir ki, sənin yaxın ətrafında qərarlaşanlar – Nurəddinindən tutmuş Fuadına qədər – pullarını kəssən bircə gün yanında qalmazlar. Hamı bilir ki, oturduğun maşının xərclərini, evinin bazarlığını, uşaqlarının xaricdəki dolanışığını kimlərə "yükləmisən”. Hamı bilir ki, sən öz qaraguruh dəstəni ancaq maliyyə hesabına saxlayırsan.
Saxtakar adam!
Sənin deyəsən bərbərin də ictimai əsasla işləyir...”- deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 399 dəfə oxunub.