Dəyanət Rzayevin intihar haqda dedikləri

Dəyanət Rzayevin  intihar haqda dedikləri

Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayev özünü kəmərlə boğaraq intihar edib. Yaxınları onun bir müddətdir ki, depressiyada olduğunu bildirib.

Onun bu addımı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. İstifadəçilər psixoloqun belə bir addım atmasını birmənalı qarşılamayıblar. Çünki D. Rzayev TV və mətbuata intihar hadisələri ilə bağlı dəfələrlə mütəxəssis açıqlamaları verib və belə addım atanları qınayıb.

Aktual.az xəbər verir ki, qafqazinfo məşhur psixoloqun mətbuatda intihar hadisələri ilə bağlı verdiyi müsahibələrin bir hissəsini toplayıb.

Rzayev Kanal 13-ə verdiyi müsahibəsində intihar edənlərin ən çox təşvişli depressiyaya düşən şəxslər olduğunu bildirib:

"Daha çox intiharı kişilər edirlər. Qadınlar intihardan ola bilər ki, çox danışırlar. Ancaq cəsarət etmirlər. Sağalmayan xəstəliyə tutulanlar, narkomanlar, alkoqoliklər və tənha insanlar intihar edir. Əvvəllər insanlar həyət evlərində yaşayardı, insanların problemi olanda qonşularla bölüşürdülər, çıxış yolu axtarılırdı. İndi isə bina evlərində yaşayırlar, özlərinə qapanırlar və təbəqələşmə gedir. Valideynlər uşaqlarının maddi tərəfini düşünürlər, amma qəlblərinə önəm vermirlər. İntihar edənlər fərqli olur. Məsələn, həkimlər özlərinə uyğun intihar metodu seçir. İntihar qısamüddətli bir hissdir. Hətta təşvişli depressiyaya düşəndə hər şey insan üçün qaranlıq olur. Başa düşür ki, heç cür bu vəziyyətdən çıxmayacaq və intihar edəcək".

Rzayev Sum TV-yə bildirib ki, psixi baxımdan sağlam olan insanlar belə intihar edə bilər:

"Azərbaycanda intihar sayı çoxalır. Əsasən 40 yaşdan yuxarı insanlar canına qıyır. Psixi baxımdan sağlam olurlar, ancaq intihar edirlər. Ölkədə ən çox kişilər intihar edirlər".
 
Aktual.az
Xəbər 670 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR