"Hər bir insan yaşadığı dövrdə bir necə dəfə intihar haqqında düşünür”.
Bunu AzNews.az-a psixoloq Narınc Rüstəmova həmkarı intihar edən Dəyanət Rzayevdən danışarkən bildirib. Onun sözlərinə görə, bu cür insanlar bir neçə dəfə intihara cəhd göstərir: "Hər şeyi əvvəldən düşünüb, məktub yazıb, bu qədər peşəkarcasına yol seçib. Onun ətrafı, dostları nə baş verdiyini öyrənməli və maraqlanmalı idi. Həyat yoldaşından da ayrılıb. Ətrafı belə insanları tək qoymamalıdır.”
Narınc Rüstəmova qeyd edib ki, psixoloq heç vaxt xəstəsi və ona müraciət edən şəxslə şəxsi problemləri ilə bağlı söhbət edə bilməz:
"Buna bizim haqqımız yoxdur. Psixoloq hətta kənar bir yerdə xəstəsi ilə gürüşə bilməz. Dəyanət müəllimin şəxsi problemləri olub, buna görə səhhətində problemlər yaranıb. Psixolqun da psixoloqa ehtiyacı olur. Deməli, nəsə var ki, narahatdır, psixoloq daş-dəmir deyil, insandır. Amma o, ətrafda baş verən hadisələri hamıdan yaxşı hiss edir.”
Narınc Rüstəmova bildirib ki, hər bir insan işə götürüləndə ondan sağlamlıq haqqında arayış tələb olunmalıdır:
"Yaxşı olar ki, gələcəkdə bu müzakirə olunsun. Bu bütün dünyada var. Yaxşı olar ki, psixoloqların özləri də yoxlamadan keçirilsin və onların özlərinin də psixoloju vəziyyəti yoxlanılsın.”
Aktual.az
Xəbər 1619 dəfə oxunub.