Dünyanın ən məşhur cütlüklərindən olan Devid və Viktoriya Bekhemlərin nikahı sona çatmaq üzrədir.
Aktual.az Lent.az-a istinadən bildirir ki, uzun müddətdir ki, cütlük ayrı yaşayır və artıq boşanmağa hazırlaşırlar. Bu, bir neçə səbəblə bağlıdır. Devid idman biznesi ilə məşğul olmaq qərarına gəlib, futbol klubu yaratmaq istəyir və ABŞ-da yaşayır. Viktoriya isə uşaqları ilə bərabər İngiltərədə qalmaq qərarına gəlib və Londonda yaşayır. Ailə tez-tez görüşür, lakin Devid və Viktoriyanı ayıran məsafələr onların münasibətlərinə də təsir edib. Üstəlik, Viktoriya həyat yoldaşının sadiqliyindən də şübhələnir. Çünki məşhur futbolçu mütəmadi olaraq qadınlar olan gecələrə qatılır. Cütlük dostlarına intim həyatlarının da qaydasında olmadığını etiraf edib.
Qeyd edək ki, Bekhemlər ailəsinin biznes imperiyası bu gün bir milyard dollar həcmində qiymətləndirilir. 17 ildir evli olan və 4 uşaq böyüdən Devid və Viktoriyanın bu cür addım atacağını pərəstişkarları qəbul etmək istəmirlər. Buna baxmayaraq, artıq onların boşanma prosesi başlayıb.