"Cəmil Həsənli axır ki, etirafda bulundu və "Soros” fondundan zamanında aylıq 200 dollar maaş aldığını şəxsən özü, canlı yayımda təsdiqlədi".
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Sadəcə mənə maraqlıdır: Görəsən 75 yaşında hələ də diletant qalan bu siyasətçi anlayırmı ki, Soros həmin pulları kimlərə və hansı məqsədlə verir? Görəsən fərqindədirmi ki, əslində bu açıqlaması ilə özünü ifşa edib və anti-milli fəaliyyətlə məşğul olduğunu boynuna alıb?
Əgər xəbəri yoxdursa, mən deyim. Soros fondunun təyinatı bütün fəaliyyəti boyunca yalnız və yalnız inqilablar hazırlamaq, eyni zamanda hansısa ixtiyari dövlətin içində təlatümlər, çatlar yaratmaqdan ibarət olub. Vəssalam. Başqa məqsədi olmayıb onların. Üstəlik, heç bunu gizlətməyiblər də. Yəni, Soros fondu xeyriyyə təşkilatı, yardımsevər dərnəyi-filan eyil. Bu qurumun fəaliyyəti birbaşa siyasi hədəflərə hesablanıb və özündə dağıdıcılıq, böhran, xaos yaratma funksiyasını ehtiva edir.
Qısası, Cəmil Həsənli əslində onu deyir ki, "Mən bu siyasət terrorçusundan maaş almışam, onun tapşırıqlarını icra etmşəm, ölkəmin əleyhinə iş görmüşəm.”
Və bu adam sabahda-zadda açıqlama verib Üsamə Bin Ladenlə, "Asala” ilə, "İşid”lə də zamanında yaxşı münasibətlərə malik olduğunu söyləsə, vallah-billah artıq təəccüblənmərəm. Çünki bunlardan hər şey gözləniləndir. Çünki bunlar rəzildirlər. Çünki bunlar başlarını tamam itiriblər.” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 460 dəfə oxunub.