Dərmanlar bahalaşacaq - Nazirlik

Dərmanlar bahalaşacaq   - Nazirlik

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev məlumat verib. O, bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar tənzimlənən dərman vasitələrinin qiymətləri yenidən nəzərdən keçiriləcək: “Şura dərman vasitələrinin qiymətlərinə baxdıqdan sonra uyğunlaşdırma aparılacaq. Biz həmin dərman vasitələrinin qiymətlərini xeyli aşağı salmışdıq. Belə ki, dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı qərarlardan sonra dərmanların qiyməti kəskin şəkildə - 2-3 dəfədən çox, bəzi dərman vasitələrində 5-10 dəfəyə qədər azaldılıb. Bu səbəbdən artımda elə də ciddi nəsə olmayacaq. Həmçinin şura tərəfindən tənzimlənmiş dərman vasitələrinin qiyməti manatın yeni məzənnəsinə uyğunlaşdırılacaq. Dərmanların qiymətləri tənzimləmədən əvvəlki qiymətdən yenə də dəfələrlə aşağı olacaq”.

Abbas Əliyev qeyd edib ki, apteklərin bağlanması dərman vasitələrinin yeni qiymətlərə uyğunlaşdırılması ilə bağlıdır.

Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR