Dərman satan şirkətlərə XƏBƏRDARLIQ

Dərman satan şirkətlərə   XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin "Dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyası"nda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Akkreditasiya Xidməti tərəfindən inspeksiya keçirilib.

Aktual.az  bildirir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, laboratoriyanın dərman vasitələrinin sınağının həyata keçirilməsi üçün (AZS İSO/İEC 17025:2009) - "sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartlarına uyğun akkreditasiya olunmasını təsdiq edən növbəti 3 il üçün (AZ 01.0116.01.16 saylı) akkreditasiya attestatı verilib.

Laboratoriya QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Global Fond, həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə sıx əməkdaşlıq edərək, Respublika ərazisinə idxal olunan antiretrovirus və vərəm əleyhinə preparatların keyfiyyətini yoxlayır. Hazırda Tacikistan və Qırğızıstana idxal olunan vərəm əleyhinə preparatların Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyasında analiz edilməsi üçün danışıqlar aparılır.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bəzi əczaçılıq obyektlərindən müsadirə edilən dərman vasitələri laboratoriyada yoxlanılır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi prekvalifikasiya olunmuş laboratoriyaların sihayısına daxil olmaq istimatində işlər aparılır.

Mərkəzin "Dərman vasitələrinin idxal-ekspertiza şöbəsi"nin strukturunun təkmilləşdirilməsi sayəsində şöbənin fəaliyyətinə nəzarət gücləndirilib. Dərman vasitələrinin idxalı zamanı sənədlərdə aşkar olunan çatışmazlıqlar barədə idxalçı müəssisələrin məsul şəxsləri məlumatlandırılır.

Həmçinin, dərman vasitələrinin istifadə təlimatında aşkar edilmiş çoxsaylı nöqsanlarla bağlı cari ilin iyun ayında 60-a yaxın idxalçı müəssisənin nümayəndələri ilə birlikdə geniş tərkibdə görüş keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. İdxal olunan dərman vasitələrinin saxlanc yerləri barədə də 40-a yaxın topdansatış əczaçılıq subyektinin nümayəndəsinin iştirakı ilə daha bir görüş keçirilib.

Dərman vasitələrinin saxlanıldığı yerlərlə bağlı aşkar olunan nöqsanlar bildirilib və aradan qaldırılmayacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə mütəxəssislərə xəbərdarlıq edilib.

Gələcəkdə dərman vasitələrinin saxlanc yerlərində xüsusi ötürücü qurğuların quraşdırılması nəzərdə tutulur. Həmin qurğular sayəsində dərman vasitələrinin saxlanıldığı yerin temperatur, rütubət və dərmanların keyfiyyətinə təsir edən digər amillər barədə məlumatlar Mərkəzə ötürüləcək. Bu isə dərmanların keyfiyyətinə nəzarət edilməsini daha operativ şəkildə həyata keçirməyə imkan verəcək.

Dərman vasitələrinin ölkəyə idxalı zamanı laborator analiz üçün nümunələrin götürülməsi və idxala Səhiyyə Nazirliyi tərəfindən rəy verilməsi prosedurunu tənzimləyən "Dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına rəy verilməsi Qaydaları"nın layihəsi hazırlanır. Yaxın günlərdə təsdiq edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim ediləcək.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR