Dərinizi qara nöqtələrdən asanlıqla təmizləyin!

Dərinizi qara nöqtələrdən asanlıqla təmizləyin!

Qara nöqtələrdən birdəfəlik xilas olmaq mümkün deyil.

Ən bahalı proseduralar belə, 1 aydan artıq təsir göstərə bilmir. Odur ki, mütəxəssislər qara nöqtələrə qarşı mütəmadi olaraq təbii vasitələrdən istifadə etməyi məsləhət görür.

Aktual.az-ın Publika.az-a istinadən təqdim etdiyi maskanı həftədə iki dəfə çəksəniz, dəriniz qüsursuz olacaq.

1 çay qaşığı keyfiyyətli zeytun yağı ilə 1 çay qaşığı türk qəhvəsini qarışdırın. Maskanı T nahiyəsinə, yəni alın, burun və çənəyə çəkin. Əgər yanaqlarda da qara nöqtələr varsa, maskanı bu nahiyələrə də çəkə bilərsiniz. 2 dəqiqə masaj etdikdən sonra soyuq su ilə təmizləyin. Maskanı axşam saatlarında etməyiniz məsləhətdir.

Xəbər 639 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR