“Deputatlığa namizədliyimi 5 dəfə bələdiyyə seçildiyim Mehdiabaddan vermək istəyirəm"

“Deputatlığa namizədliyimi 5 dəfə bələdiyyə seçildiyim Mehdiabaddan vermək istəyirəm

"Bu gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin iclası keçirildi. Partiyanın İdarə Heyəti növbədənkənar parlament seçkisinin keçirilməsinə dair Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsünü dəstəklədiyini bildirdi və seçkidə iştirakla bağlı qərar qəbul edib",
 
Aktual.az xəbər verir ki, bu açıqlamanı mətbuata ƏHD Partiyasının sədr müavini, AXC TV-nin baş redaktoru, QHT sədri Niyaməddin Orduxanlı bildirib.
 
N.Orduxanlının sözlərinə görə, Prezident İlham Əliyev Parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verdikdən sonra ƏHD Partiyasının Ali Məclisinin sessiyası çağırılacaq:
 
"İdarə Heyətinin qərarı oldu ki, cənab Prezident İlham Əliyev seçki gününün təyin olunması ilə bağlı rəsmi qərar verdikdən sonra partiyanın ali orqanının iclasını keçirdək. Və rəsmi olaraq Parlament seçkilərində partiyanın neçə namizədlə iştirak etməsi və kimin hansı dairdən namizəd kimi irəli sürülməsini müəyyənləşdirək. Biz uzun illərin oturuşmuş ən güclü müxalifət partiyasından biriyik. Partiyanın 60-dan artıq rayon şöbələri mövcuddur. Yüzlərlə üzvümüz məntəqə seçki komissiylarında, dair seçki komissiyasında, Mərkəzi Seçki Komissiyasında təmsil olunuruq. Partiyanın rəhbərliyində ölkəmizdə kifayət qədər tanınmış siyasətçiləri var. Bütün gücümüzlə çalışacağıq ki, partiyamızın növbəti dəfə parlamentdə təmsilçilərinin sayı çox olsun. Özümün hansı dairədən namizəd olduğuma gəldikdə isə, mən Abşeron rayonun Mehdiabad qəsəbəsində anadan olmuşam. Çox gənc yaşlarımdan, tələbə olduğum dövrlərdən aktiv siyasi fəaliyyətlə məşğulam. 20 ildən artıqdır ki, Qüdrət Həsənquliyevin müaviniyəm. Son 25 ildə 5 dəfə Mehdiabad qəsəbəsindən bələdiyyə üzvü seçilmişəm. 1999-cu ildə 21 yaşında Azərbaycanın ən gənc bələdiyyə üzvü seçilmişəm. İstərdim ki, növbəti Parlament seçkilərində partiya mənim namizədliyimi Mehdiabad qəsəbsindən irəli sürsün. Amma sonda namizədliyimin hansı dairədən verilməsi qərarını partiyamızın Ali Məclisinin verdiyi qərarından sonra bilinəcək!".



 
 
 
 




Xəbər 608 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR