Deputatlığa namizəd adam bıçaqladı, saxlanıldı - Yenilənib

Deputatlığa namizəd adam bıçaqladı, saxlanıldı - Yenilənib

Azərbaycanda deputatlığa namizəd münaqişə etdiyi şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Aktual.az Report-a istinadla xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Cabir Novruz küçəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Taleh Sakit oğlu Məmmədov münaqişə zəminində 1974-cu il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.
Qeyd olunur ki, T.Məmmədov 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəddir.
***
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində iyulun 30-da deputatlığa namizəd tərəfindən bıçaqlandığı bildirilən şəxs əməliyyat edilib.
Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadov 2024-cü il iyulun 30-u saat 22:15 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına daxil olub.
Sol döş boşluğunun daxilinə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiyaya yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.
Xatırladaq ki, N.Cavadovun 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəd olan Taleh Məmmədov tərəfindən bıçaqlandığı bildirilir.
***
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində hadisəni törədən Taleh Məmmədov saxlanılaraq istintaqa təqdim edilib.
Bunu Oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov deyib.
O, qeyd edib ki, iyulun 30-u axşam saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 1974-cü il təvəllüdlü Nazir Cavadovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub:
"Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Taleh Məmmədov saxlanılaraq istintaqa təqdim edilib. Qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır".
Xəbər 1996 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR