Milli Məclisin komitə sədrlərinə və deputatlarına parlamentin iclaslarında növbədənkənar çıxış etmək hüququ verilib.
Aktual.az-n Trend-ə istinadən məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisin Daxili Nizamnamnaməsinə dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliklərə əsasən, komitə sədrlərinə və deputatlara növbədənkənar çıxış etmək üçün söz Milli Məclisin sədri tərəfindən verilə bilər.
Qeyd edək ki, hazırkı nizamnaməyə əsasən Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdirlər.
Bundan əlavə, nizamnaməyə dəyişikliklərdə Milli Məclisin deputatlarına, eyni zamanda iki komitənin üzvü olmaq hüququnun verilməsi təklif edilir.
Nizamnaməyə dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.