Rusiya Federasiyasının prezidenti Vladimir Putin martın 12-13-ü Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək.
Səfər çərçivəsində Rusiya prezidenti qazaxıstanlı və belaruslu həmkarları Nursultan Nazarbayev və Aleksandr Lukaşenko ilə görüşəcək.
Məlumatda qeyd edilir ki, tərəflər ticari-iqtisadi əməkdaşlığın mövcud durumunu və perspektivlərini, dünya iqtisadiyyatının hazırkı tendensiyaları fonunda Avrasiya məkanındakı inteqrasiya proseslərini müzakirə edəcəklər.
Bununla yanaşı, hər üç ölkə lideri Ukrayna münaqişəsini də müzakirə edəcək.(APA)