Deputatlar Tofiq Yaqublu ilə bağlı prezidentə müraciət etdi

Deputatlar Tofiq Yaqublu ilə bağlı prezidentə müraciət etdi

Deputatlar Tofiq Yaqublu ilə bağlı prezidentə müraciət etdiMillət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında Müsavat başqanının müavini Tofiq Yaqublunun əfvi ilə bağlı prezidentə müraciət edib.

AzVision.az xəbər verir ki, millət vəkili bildirib ki, Müsavat Partiyası başqanı Tofiq Yaqublunun qızı bildiyimiz kimi bu günlərdə dünyasını dəyişib.

“Hakimiyyət də humanist addım ataraq onu 7 gün azadlığa buraxdı. Bu həm də ölkə rəhbərliyinin siyasi iradəsinin ifadə edən bir addım idi. Mən bu tribunadan istifadə edib ölkə prezidentinə onun əfv edilməsi ilə bağlı müraciət edirəm. Həqiqətən də ailə faciəsi yaşanıb. İki il, dörd ay həbsdə yatıb. Hazırda iki ili qalır. Bu əfv cəmiyyətdə siyasi qüvvələr arasında kin-küdurətin aradan qalxmasına, səmimi münasibətlərin formalaşmasına faydalı olar. Həm də Avropa Oyunları ərəfəsində hakimiyyətin xeyrinə verilmiş qərar olar”.

Millət vəkili İqabl Ağazadə də deputat həmkarına dəstək olub. Bildirib ki, ona qarşı atılacaq addım müxalifət qüvvələri tərəfindən də alqışla qarşılanacaq.

Xəbər 1519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR