Deputatlar AŞPA-nın iclaslarına qatılacaq

Deputatlar AŞPA-nın iclaslarına qatılacaq

Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin sentyabrın 5-də və 6-da keçiriləcək iclaslarında iştirak etmək üçün İsveçrənin Bern şəhərinə səfər edəcəklər.
 
Bu barədə Aktual.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Bildirilib ki, komitənin gündəliyinə COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin vətəndaş cəmiyyətinin fəaliyyətinə təsiri, peyvəndlə bağlı diskriminasiyanın qarşısının alınması, insan hüquqları və qanunun üstünlüyünə təhdidlər və digər məsələlər daxil edilib.
 
İclasda həmçinin komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, növbəti iclasın yeri və vaxtı müəyyən ediləcək.


Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR