"Deputatın mandatını MSK ləğv etməlidir"


Pulun geri qaytarılması haqqında qərar var

"Rəfael Cəbrayılovun mandatını Mərkəzi Seçki Komissiyası ləğv etməlidir”.

Bunu AzNews.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin OrduxanlıBDU-nun müəllimindən 200 min dollar borc pul alan və bunun qarşılığında deputat mandatını girov qoyan Rəfael Cəbrayılovun Milli Məclisə istefa ərizəsi ilə müraciət etməsindən danışarkən dedi.

Onun sözlərinə görə, deputat Rəfael Cəbrayılov bu gün mandatdan imtina ilə bağlı parlamentə istefa ərizəsi yazıb:

"Bunu Milli Məclisin komitə sədri Əli Hüseynli bəyan edib. Təbii ki, Rəfael Cəbrayılovun istefa verməsinə səbəb, mətbuatda və sosial şəbəkələrdə yayılan 200 min dollar pulun müqabilində deputat vəsiqəsini girov qoyması faktına görədir. Dediyiniz cəza növünün davam etməsinə və daha hansı cəzanın verilməsinə gəldikdə isə parlament Rəfael Cəbrayılova heç bir cəza kəsməyib, sadəcə, özü könüllü şəkildə istefa verib. Qanuna görə, deputatın mandatını Mərkəzi Seçki Komissiyası ləğv etməlidir. Yəqin ki, MSK istefa ərizəsini nəzərə alacaq”.

Niyaməddin Orduxanlı qeyd etdi ki, cəzanın verilməsi birbaşa hüquq məsələdir: "Borc verən şəxs hüquq –mühafizə orqanlarına mücariət edib və pulun geri qaytarılması haqqında qərar var. Bu məsələ yalnız hüquq müstəvisində həllini tapa bilər. Başqa variant yoxdur....”.

Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR