Deputat yeni layihəni tənqid etdi: onun çıxışına sərt reaksiya

Deputat yeni layihəni tənqid etdi: onun çıxışına sərt reaksiya

"Bizim qanunlarımız Konstitusiyaya zidd olmamalıdır”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında "Ələt Azad İqtisadi Zonası haqqında” qanuna dəyişikliklər layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, "Ələt Azad İqtisadi Zonası haqqında” qanunda Konstitusiyaya zidd müddəalar var:

"Ələt Azad İqtisadi Zonasında belə güzəştlər ediriksə, ixracı stimullaşdıra bilərik. Hansı məsələlər sahibkarların xeyrinədirsə, biz bütün sahibkarlar üçün bu güzəştləri etməliyik. Konstitusiyanın 71-ci maddəsinin 7-ci hissəsi bu qanun layihəsi ilə ziddiyyət təşkil edir, məhkəmələrin həll etdiyi məsələ qanunda Azad İqtisadi Zonanın səlahiyyətinə verilir. Ələt Azad İqtisadi Zonasında fərqli hüquqi tənzimləmə tətbiq oluna biləcəyi qanunda yer alır. Amma bu, Milli Məclisin səlahiyyətinə aid olan məsələlərdir. Vergiləri, gömrük rüsumlarını Milli Məclis təyin edə bilər, başqa dövlət qurumu vergi, gömrük rüsumu tətbiq edə bilməz”.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deputatın çıxışına sərt reaksiya verib.

O, deputatın iddialarının düz olmadığını deyib: "Prezident Administrasiyasında müvafiq şöbələr, komitələr var. Onlar da bu dəyişikliklərə baxaraq rəy veriblər. Orada Konstitusiyaya zidd heç bir maddə yoxdur”.
Xəbər 712 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR