Deputat yazır: "TÜPÜRÜM BELƏ QEYRƏTƏ!"

Deputat yazır:

Deməli belə. Dünən saytların birində arvadının boğazını kəsərək qətlə yetirən gəncin videosuna baxıram. Danışır. Öz də elə sakit, elə kövrək, elə məsum görkəm alıb danışır ki…


Belələrini ən çox "Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə”də görmüşəm. Nəzarətçi işləyirdim. Gün ərzində ən az 10-15 beləsi ilə rastlaşırdım…

Bir dəfə həyat yoldaşını baltalayıb, tikə-tikə edərək dondurucuya yığan cinayətkarın məhkəməsi gedirdi. İnanın, qatil elə sifət almışdı, kənardan baxsan düşünərdin ki, qarışqanı belə tapdalamağa ürək etməz. Hakim nə deyirdisə başını aşağı salırdı, kövrəlirdi və guya utanırdı. Kim də nə soruşsa cavabı "hay can”la başlayıb, "hay can”la qurtarırdı.

Ümumiyyətlə, nə hikmətdirsə, ən qatı, ən qansız cinayətkarların hamısı eyni qiyafədə olur. Yüz il qala, baxıb ehtimal etməzsən, şübhələnməzsən ki, adamın əlindən filan-filan şeylər gələr.

23 yaşlı xanımın ailəsi də oğlanı hətta boşanmadan sonra məhz bu səbəbə evə buraxıb və qızın qardaşı, atası qonşu otaqda ola-ola adam keçmiş həyat yoldaşının başını kəsib, qanını töküb, bir insanın həyatına son verıb. Öz də səbəbə bax: Əlində telefon varmış, zəng gəlibmiş. Lap gəlib, lap hər kimdi. Adam boşanıb e!!! – boşanıb! Sənin qarşında öhdəlik daşımır. Ən uzağı məhkəmə qaydasında övladını tələb edə bilərsən. Vəssalam. Bu nə debilizmdir?

Bir təhsilli adam belə cinayəti törədərmi? Bir kitab əhli nəinki boğaz kəsə, ümumiyyətlə, o, bıçağı xəyalında belə olsa həmin boğaza yaxınlaşdıra bilərmi? Bir mütaliəli kəs boşandığı insanın üzərinə telefon gəzdirməmək kimi absurd, yaramaz öhdəliklər qoyarmı?

Ata türməyə, ana məzara. Qeyrət bumudur? Övladını sonsuzluğun, məchulların ümidinə qoymaqmıdır?

Tüpürüm belə qeyrətə!


Elşən Musayev,

Millət vəkili

 

Aktual.az

 

Xəbər 6456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR