Millət vəkili Eldar Quliyevin biznesmen kürəkəni Abbas Səfərovun 10 ildən çoxdur ki, evindən çıxardığı, küçələrə saldığı köçkün ailənin başçısı bu gün infarkt olub.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı infarkt olan Zərqələm Sadıqovanın qardaşı Vahid Sadıqov verib. O, bildirib ki, bacısı Bakıdakı özəl klinikaların birinə yerləşdirilib: “Evimizi alanlar illərdir ki, bizi süründürür. Zərqələmin vəziyyəti elə də yaxşı deyil. Problemlərin çoxluğundan ürəyi dözmədi bacımın. Hələ həkim müayinəsindədir, dəqiq bir spz deyilməyib. İlkin rəy odur ki, bacım infarkt olub. Ola bilər ki, əməliyyata da ehtiyac olsun. Çətin həyat tərzi, əsəb, stress öz sözünü dedi”.
Qeyd edək ki, A.Səfərovun anası Məhluqə Qibləliyevanın direktoru olduğu (əslində şirkətin sahibi Abbas Səfərovdur, lakin məhkəmə proseslərində ona irəli sürülən ittihamlardan qaçmaq üçün şirkəti anasının adına keçirib – red.) “Kapitol” şirkəti ilə köçkün ailə arasındakı dava 10 il əvvəldən başlayıb. Belə ki, Bakının mərkəzində göydələnlər ucaldan “Kapitol” tikinti şirkəti müxtəlif qanunsuz üsullardan istifadə edərək, Zəngilandan məcburi köçkün olan ailəni 10 ildən artıqdır ki, küçələrə salıb.
“Kapitol” şirkətinin rəhbəri Abbas Səfərov ailənin məskunlaşdığı yurd-yuvanı yerlə yeksan edib. Şirkət dəfələrlə məhkəmələrin ailənin xeyrinə çıxardığı qərarları yerinə yetirməyib. Ona görə də, bir neçə gün əvvəl Bakı Apelliyasiya Məhkəməsində məhkəmə qərarlarını icra etmədiyinə görə, Abbas Səfərovun anasın 3 il ay ay iş istənilib.
Bildirək ki, A.Səfərov millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru rektoru Eldar Quliyevin qızının həyat yoldaşıdır.
***
Millət vəkilinin kürəkəninin digər əməlləri barədə məlumatları və qeyri-qanuni yolla əldə etdiyi sərvətlərin siyahısını yaxın günlərdə tirajlayacağıq.