Deputat İranda ölən uşaqdan yazdı — “Həll olunacaq...”

Deputat İranda ölən uşaqdan yazdı   — “Həll olunacaq...”

Millət vəkili Qənirə Paşayeva İrana müalicəyə aparılan Dadaşzadə Qorqud Rövşən oğlunun meyitinin Azərbaycan tərəfinə verilməməsi ilə bağlı səlahiyyətli şəxslərlə danışıqlar aparıb.

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, deputat müzakirələr nəticəsində həmin körpənin vətənə gətirilməsi ilə bağlı razılıq əldə edə bilib:

“Əziz dostlar mesaj qutuma Təbrizdə xəstəxanada ölən 10 aylıq Dadaşzadə Qorqud Rövşən oğlunun meyitinin 3200 manat borcu əsas gətirərək valideynlərinə verilməməsi barədə göndərdiyiniz məlumatı ürək ağrısı ilə oxudum. “Bu məsələdə ailəyə dəstək göstərə bilərsinizmi?” sualınıza cavab olaraq demək istəyirəm ki, bir az öncə ölkəmizin İrandakı səfiri Cavanşir müəllim və Təbrizdəki Baş Konsulu Əli müəllim ilə bu mövzunu geniş müzakirə etdik. Məsələ artıq Cavanşir müəllimin və Əli müəllimin diqqətində və nəzarətindədir. Əli müəllim dedi ki, Baş Konsulluğumuz ailəyə kömək üçün bu məsələ ilə məşğul olacaq və Qorqudun meyitinin alınıb ailəsinə verilməsinə kömək göstərəcək. Baş Konsulumuz qısa zaman içində məsələnin həllini tapacağını bildirdi. Artıq bu barədə ailəyə də məlumatları verdim. Körpə Qorqud nur içində yatsın. Allahdan ona rəhmət, ailəsinə səbr diləyirəm”.

Xatırladaq ki, Qorqud “Kudakan” xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Hazırda həkimlər 3200 manat borcu əsas gətirib, uşağın meyitini verməkdən imtina edirlər.

Qeyd edək ki, Dadaşzadə Qorqud Rövşən oğlu ötən il aprelin 24-də Cəlilabad rayonunda anadan olub. 

Aktual.az

Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR