"Ermənistanın silahlandırılması ondan xəbər verir ki, revanşist qüvvələr hələ də olub-bitənlərdən nəticə çıxara bilməyiblər və öz avantür məqsədlərini reallaşdırmağa çalışırlar".
Aktual.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
O bildirib ki, prosesin belə yön almasında Fransanın və Qərbdəki məlum qüvvələrin "rolu” böyükdür:
"Regionda sülhün və sabitliyin bərqərar olmasını istəməyənlər yenə də əllərindən gələni edirlər ki, öz pozuculuq fəaliyyətləri ilə aranı qatsınlar və ürək bulandırsınlar. Onlar bununla da bölgəni qarışdırmağa nail olmaq istəyirlər. Amma məqsədlərinə çata bilməyəcəklər və bütün qara, çirkin arzularını elə niyyətlərinin enəcəyi, suya düşəcəyi yerdə dəfn edəcəklər. Çünki Azərbaycan hazırda özünün ən qüdrətli dövrünü yaşayır və bu cür qüdrətli dövlətlə baş-başa gəlmək istəyənlər enində-sonunda nə qədər böyük səhvə, yanlışa yol verdiklərini anlayacaqlar”.
Xəbər 43 dəfə oxunub.