Deputat açıqladı: Azərbaycanda sağalmaz xəstələri öldürmək olar? – DƏRMANI İÇƏRƏK 2 DƏQİQƏDƏ ÖLDÜ - VİDEO

Deputat açıqladı: Azərbaycanda sağalmaz xəstələri öldürmək olar? – DƏRMANI İÇƏRƏK 2 DƏQİQƏDƏ ÖLDÜ - VİDEO

Evtanaziya sağalmaz xəstəliyi olan şəxslərin bir iynə ilə öldürülməsidir. Bir çox ölkələrdə bu təcrübə var. Ölkənin rəsmi qanunlarına görə, evtanaziya üçün həkim resepti ilə yazılan maye dərman hazırlanır. Daha sonra xəstə "mərhəmətli ölüm”lə o dünyaya yola salınır. Nə az, nə çox 2 dəqiqəyə. Bu gün dünyanın bir çox ölkələrində evtanaziya ilə bağlı qanun qəbul edilib. Belə bir qanunun qəbulunda məqsəd heç də insanları ölümə sürükləmək deyil. Əksinə, əsas məqsəd həyatda əzab çəkmədən insanı o dünyaya yola salmaqdır. 

Evtanaziya üçün hazırlanan maye dərmanlar həddindən artıq acı olduğu üçün, xəstələr son nəfəslərində belə şokolad yeyirlər. Sevinclə kədər yanaşı olduğu kimi, şəkərlə acı da yanaşıdır.  

Statistik beyin saytının (statisticbrain.com) açıqladığı məlumatlara görə, dünya səhiyyəsinin 54 faizi evtanaziyadan istifadə edir. Aparılan statistik araşdırmalar göstərir ki, dünyada bu cür ölümcül xəstələrin orta faizi 55-dir. İsveçrə, Belçika, Hollandiya və Arizona ştatında sağalmaz xəstəliyə düçar olanların evtanaziya olunması üçün lisenziya ilə fəaliyyət göstərən xəstəxanalar yaradılıb. Açıqlanan rəqəmlərə görə, hər il Liverpulda 130 min insan evtanaziya ilə dünyasını dəyişir. Hətta, Yaponiya kimi ölkələrdə bu şəxslərin hüquqları qorunur. Ölümündən sonra onların ailə üzvlərinə lazımi dəstək göstərilir. Qeyd edək ki, Yaponiyada il ərzində evtanaziya ilə dünyasını dəyişənlərin sayı 100 mindir. 

ABŞ əhalisinin təxminən 42 faizi səhiyyədə bu üsuldan istifadə edilməsinin tərəfdarıdır. Aparılan sorğular nəticəsində belə qənaətə gəlinib. Əhalinin 23 faizi isə buna kəskin etiraz etdiklərini, bu üsuldan istifadənin vəhşilik olduğunu söyləyib. Digər qism isə, tərəddüdlü olduqlarını açıqlayıb.

Təcrübə

Farmakoloq Albert Qanz həftəyə 2-3 şüşə satdıqlarını deyib. 15 qramı 58 manat 19 qəpiyədir (32 frank). İnsanlar artıq övladlarının doğum günlərini öncədən bəlli etməklə yanaşı, həm də ölüm günlərini təyin edə bilirlər. 

Erika adlı yaşlı qadın da ölümcül xəstəlikdən əziyyət çəkir. Güc, iradə toplayaraq həkimə müraciət edir. O doğum gününü, ölüm günü tarixi olaraq seçib. Acı dərmanı içən Erikanın başı gicəllənir, gözləri yumulur, toranlaşır. O yaxınları ilə son dəqiqəsini paylaşaraq 2 dəqiqədən sonra dünyasını dəyişir. Həmin videonu aşağıdakı paneldən izləyə bilərsiniz:



Tarixçə

Etvanaziyanın banisi Nazi Germani olub. Bu sınaq öncə 5 mindən artıq sağalmaz xəstəliyə düçar olan uşaqların üzərində aparılıb. 5 mindən artıq uşaq Nazi üsulunun qurbanına çevrilərək 2 dəqiqə ərzində dünyasını dəyişib. Hələ 1929-cu ildə Hitler Nazi partiyasına əmr etdi ki, doğulan 700, 800 min nöqsanlı körpələri tələf etsin. Hitler üçün Almaniya ali xalq idi. Bu səbəbdən o hər hansı nöqsanlı körpənin yaşamasına hüquq vermirdi. Düşünürdü ki, belə nəsil Almaniyanın gələcəyi üçün heç bir fayda verməyəcək. O zəifləri də sevmirdi.

1929-cu ildə Nazi Partiyasına əmr edildi ki, qüsurlu körpələri qısa müddətdə tələf edəcək dərmanlar hazırlansın. Beləcə, Nazi Germani insanı iki dəqiqə ərzində öldürə bilən maye dərmanı icad etdi. Yalnız ikinci dünya müharibəsinin başlanğıcında Almaniyada belə bir maye dərman icad edildi. Qanun layihəsi isə, 1933-cü ildə, iyulun 14-də qəbul edildi. Bundan sonra xəstə övlad dünyaya gətirən valideynlərə körpələrini öldürmək üçün ərizə yazdırıldı. Qeyd olunurdu ki, bu onların körpələri üçün ən "mərhəmətli ölüm”dür, heç bir əzab-əziyyət çəkmədən. 1939-1945-ci illərdə körpələr, 1940-1945-ci illərdə yeniyetmələr evtanaziya qurbanına çevrildi.

Bəs görəsən Azərbaycanda necə, ölümcül xəstəliyə düçar olanlar üçün belə bir qanun layihəsi qəbul edilə bilərmi?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvi Musa Quliyev Cebhe.info-ya Azərbaycanda belə bir qanunun qəbulunun mümkünsüz olduğunu deyib. O qeyd edib ki, belə bir qanunun qəbul edilməsi ölkənin milli-mənəvi dəyərlərinə zərbə vurar:

"İnsanı yaradan Allahdır. Yalnız Allah da canı ala bilər. İnsanın insan tərəfindən öldürülməsi düzgün deyil, bunun əleyhinəyik”. 

Əslində xəstənin əzablarının azaldılması üçün bir sıra ölkələrdə belə bir qərarın qəbuluna münasibət bildirən millət vəkili alternativ yolun olduğunu deyib: "Alternativ yol varsa, insan niyə zülm çəksin ki? Xəstənin ağrıları şiddətlidirsə, ağrıkəsicilərdən istifadə etmək olar. Nə olur, olsun, insanın zülm çəkməsi həyatdan köçməsindən daha yaxşıdır. 
 
Aktual.az
Xəbər 1832 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR