Bakıda intihar hadisəsi baş verib.
Naməlum şəxs özünü Xəzər dənizinə atıb.
Aktual.az Anspress-ə istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat veriblər. Bildirdilər ki, səhər saat 09 radələrində Dənizkənarı Milli Parkın ərazisində 25-30 yaşlı kişinin özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal əraziyə sularda xilasetmə xidmətinin əməkdaşları cəlb ediliblər. Onlar özünü atan şəxsi sudan sağ çıxarmaq istəsələr də, kişi boğularaq ölüb. Onun meyiti sudan çıxarılıb və şəxsiyyətinin müəyyən edilməsi üçün morqa aparılıb.
Polis idarəsindən bildirdilər ki, ölən şəxsin üzərindən heç bir sənəd çıxmadığı üçün onun şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bundan üç ay əvvəl də Bulvar ərazisində intihar hadisəsi baş verib. 45 yaşlı Nadirov İbrahim Musa oğlu özünü dənizə atıb. Məlumat əsasında əraziyə FHN-nin dövlət sulardan xilas etmə xidməti və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Polislərin veridyi məlumata görə özünü dənizə atan şəxs əvvəlcədən gödəkçəsini və mobil telefonunu kənara qoyub. Daha sonra bir məktub da yazıb. Bütün bunlardan sonra 45 yaşlıLənkəran rayon sakini İbrahim Nadirov özünü dənizə atmaqla həyatına qəsd edib.