Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində itkin neftçilərin axtarışı üzrə yaradılan Qərargah yeni məlumat yayıb.
Qərargahdan Aktua.az-a verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində aprelin 6-da aşkar edilən kişi meyitinin «Azneft» İB-nin N.Nərimanov adına NeftQaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində "əmtəə operatoru” vəzifəsində çalışmış 1971 – ci il təvəllüdlü Zülfüqarov Azay Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Aktua.az
Xəbər 304 dəfə oxunub.