Dənizdən qadın meyiti tapıldı

Dənizdən qadın meyiti tapıldı

Bakıda dənizdən qadın meyiti tapılıb.

Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 16.00 radələrində Xəzər dənizinin Buzovna qəsəbəsinə düşən sahilində suda boğulmuş naməlum qadın meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Buzovna qəsəbə sakini, 1969-cu il təvəllüdlü Həqiqət Məmməd qızı Mirzəyeva olması müəyyən edilib.

Ailəsinin verdiyi məlumata görə, H. Mirzəyeva səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Onun intihar etdiyi ehtimal edilir. //Apa

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR