Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalması barədə məlumat daxil olub
DSX-nin mətbuat mərkəzindən Aktual.az-a verilən məlumata görə, qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkarlanıb.
Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.
Aktual.az
Xəbər 431 dəfə oxunub.