Dənizdə boğularaq ölən 51 yaşlı kişinin meyiti tapılıb

Dənizdə boğularaq ölən 51 yaşlı kişinin meyiti tapılıb

Xəzər dənizində boğularaq ölən şəxsin meyiti ailəsinə təhvil verilib.

Aktual.az report.az-a istinadən bildirir ki, hadisə Novxanı çimərliyində baş verib.
1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlu Novxanı çimərliyində dənizə daxil olub. Lakin o dənizdən geri qayıtmayıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
3 gün aparılan axtarış nəticəsində onun meyiti bugün dənizin sahilə yaxın ərazində tapılıb. Meyit ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az 
Xəbər 534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR