Paytaxtın Xəzər rayonunda tələbə oğlan dənizdə çimərkən boğulub.
APA-nın məlumatına görə, iyulun 27-də Şüvəlan qəsəbəsində 2001-ci il təvəllüdlü Əliyev Əziz Zaur oğlu dənizdə çimərkən boğulub. Yaxınlarının bildirdiyinə görə, o, çimərliyə Rusiyada yaşayan qohumları ilə gəlibmiş. Ə.Əliyev boğularkən onlara qonaq gəlmiş xalasının həyat yoldaşı da yanında olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sularda Xilasetmə xidmətinin əməkdaşları xalasının həyat yoldaşını xilas ediblər. Lakin Ə.Əliyevin axtarışları davam etdirilir.
Qohumlarından bir neçə nəfər öz təşəbbüsü ilə Ə.Əliyevin xilasetmə əməliyyatına qoşulmaq istəsələr də, onlar da boğulublar və FHN -in əməkdaşları tərəfindən xilas edilərək xəstəxanaya yerləşdiriliblər.
Aktual.az
Xəbər 379 dəfə oxunub.