Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlandı

Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlandı

Bakı Dəmiryol Vağzalının ətrafındakı obyektlərin sökülməsinə başlanılıb.

Aktual.az bildirir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, vağzalda aparılan yenidənqurma işləri ilə əlaqədar ərazidəki 30-a yaxın obyekt sökülür.

N.Əzməmmədov bildirib ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən qanuni sənədləri olanlara yenidənqurma işləri başa çatandan sonra yeni obyektlər veriləcək: "Bununla bağlı ərazidə obyektləri olan sahibkarlara müraciət etmişik ki, yenidənqurma işləri başa çatana qədər obyektlərin sənədlərini hazırlayıb bizə təqdim etsinlər. Sənədləri təqdim olunan obyektlərin sahiblərinə ərazidə müvafiq yerlər ayrılacaq".

Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR