Dəmir bədənimizin ən çox ehtiyac duyduğu bir vitamindir.
Aktual.az qadinklubu.com-a istinadən məlumat verir ki, xüsusilə qan və sümük tərkibini inkişaf etdirən və yeniləyən vitamin olduğundan, insan üçün həyati əhəmiyyət daşıyır deyə bilərik. İnsan bədənində dəmir əksikliyi olduğu zaman, qansızlıq və oynaq ağrıları kimi bir çox xəstəliklər meydana çıxır. Qansızlıq dəmir əksikliyinin ilk göstəricisidir. Əgər qansızlıq varsa, dəmir baxımından zəngin olan qidalardan istifadə etməliyik.
Dəmir baxımından zəngin qidaların siyahısı
Ət
Dəmir baxımından ən zəngin yeməklərin əvvəlində ət gəlir. Ancaq qırmızı ət kişilərə, qadınlara və hamilələrə, hətta yaşlı insanlara görə fərqli təsir göstərir. Lazım olduğu qədər istifadə edilməsi tövsiyə edilir. Hər şeyin çoxunun zərər olduğu unudulmamalıdır.
Yaşıl yarpaqlı tərəvəzlər
Yaşıl yarpaqlı, xüsusilə ispanaq, kələm kimi tünd yaşıl yarpaqlı tərəvəzlər dəmir baxımından zəngin olan qidalardandır.
Balıq
Tərkibindəki bol miqdarda Omega3 olması ilə əlaqədar olaraq, balıq bədənimiz üçün ən faydalı qidalar arasındadır. Xüsusilə mövsümündə həftədə ən az iki dəfə istifadəsi məsləhətdir.
Paxlalılar
Yarma, noxud, mərci, lobya, kimi paxlalı bitkilər dəmir baxımından zəngin olan qidalardandır. Xüsusilə qış aylarında daha çox istifadə edilməsi məsləhət edilir.
Yumurta
Səhərlər yediyiniz yumurta dəmir baxımından zəngin bir qidadır. Ancaq yumurtanın yanında çay və qəhvə içmək məsləhət deyil. Xüsusilə çay qansızlığa səbəb olur. Bu səbəblə yumurtanın yanında çay yerinə təzə sıxılmış portağal suyu kimi içkilərin seçilməsi yumurtadakı dəmir vitaminini almağımız üçün daha faydalı olacaq.
Bəhməz
Bəhməz əsasən qış aylarında istifadə edilir. Bəhməzin də tərkibində bədənimizin ehtiyac duyacağı qədər dəmir vitamini vardır. Xüsusilə tahin-bəhməz daha çox faydalıdır. Bundan əlavə səhərlər ac qarına 1 çay qaşığı keçibuynuzu bəhməzi də təklif olunur.
Süd, ağ ət, qoz və taxıl bitkiləri kimi qidalar da dəmir baxımından zəngin qidalar siyahısına aid edilə bilər.
Aktual.az