Türkiyədə HDP-nin həmsədri, kürdlərin lider olaraq qəbul etdiyi Səlahəddin Dəmirdaşın kimliyi haqda şok iddia yayılıb.
Aktual.az Publika.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə türk istifadəçilər tərəfindən yayılan fotoda
SəlahəddinDəmirdaş adlı birinin əslində başqası olduğu və polislə toqquşmada vəfat etdiyi əks olunub. HDP-nin lideri S.Dəmirdaşın isə Aqor Sapşikyan adlı bir erməni olduğu iddia edilir. Əsl Dəmirdaş - O, qatı solçu olub. 1988-
ci ildə Ankara Universitetindən hüquqşünas olaraq məzun olub. Elə həmin il polislə silahlı qarşıdurmada həyatını itirib. HDP lideri olan Dəmirdaş - 1988-ci ildə Səlahəddin Dəmirdaş olaraq tanınan HDP liderinin əsl kimliyi isə
hər kəsi dəhşətə gətirir. İddiaya görə, HDP liderinin əsl adı Aqor Sapşikyandır. İsrail kəşfiyyat xidməti MOSSAD tərəfindən qatı solçuları ələ almaq üçün casus olaraq onların arasına salınıb. Qeyd edək ki, bir müddət öncə ABŞ-
ın gizli sirlərini ortaya çıxaran “Vikiliks” HDP lideri S.Dəmirdaşın siyasətə necə gətirildiyi haqda şok məlumatlar yaymışdı. ABŞ-ın Türkiyədəki səfirliyi tərəfindən 14 oktyabr 2005-ci ildə hazırlanan və Dövlət Departamentinə
göndərilən gizli hesabatda həmin dövrdə İnsan Haqları Dərnəyinin Diyarbəkir şöbəsinin sədri olan Səlahəddin Dəmirdaş ilə aparılan danışıqlar əks olunub. Hesabatda Dəmirdaşın Beynəlxalq Ziyarətçi Liderlik Proqramının keçmiş
iştirakçısı olduğu ifadə edilir. Bu proqram isə ABŞ-ın siyasətçi yetişdirmə proqramı kimi tanınır. Sənəddə qeyd olunur ki, 27 sentyabr 2005-ci ildə ABŞ-ın Ankaradakı səfiri ilə görüşən Dəmirdaş Türkiyə əleyhinə danışıb.
Görüşdə Dəmirdaş Türkiyənin cənub-şərq hissəsindəki xalqın 50 faizinin PKK-nı dəstəklədiyini səfirə deyib. O həmçinin səfirə yeni bir kürd partiyası quracağını, lakin qurulacaq partiyada yer alacaq şəxslərin PKK-ya çox yaxın
olması səbəbindən üzdə konstruktiv siyasi xətt yeridən siyasətçilərə ehtiyaclarının olduğunu deyib.