Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, yeni dəyişikliyə uyğun olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”ndan çıxarılıb.